Bank Of Baku

Yeni ildən Azərbaycanda tikinti sahəsində də «bir pəncərə» sistemi tətbiq olunacaq

Yeni ildən Azərbaycanda tikinti sahəsində də «bir pəncərə» sistemi tətbiq olunacaq
# 21 oktyabr 2008 14:00 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Fövqəladə Hallar Nazirliyi (FHN) gələn ilin yanvarından tikinti sahəsinə sərmayə yatıracaq investorlar üçün «bir pəncərə» prinsipi əsasında qeydiyyat sistemi tətbiq edəcək. «APA-Economics»in bildirdiyinə görə, bu barədə FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov məlumat verib.
E.Əsədov bildirib ki, hazırda tikinti sahəsinə FHN-in üç qurumu - Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi Dövlət Agentliyi, Yanğın Mühafizə Xidməti nəzarət edir: «Bu qurumlar öz səlahiyyətləri çərçivəsində tikinti sənədlərinin razılaşdırılması işində iştirak edir. Gələcəkdə isə investorlar layihə sənədlərini yalnız Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə təqdim edəcəklər. Hazırda bununla bağlı iş aparılır. Artıq investorlar yalnız bir pəncərəyə yaxınlaşacaq».
E.Əsədovun sözlərinə görə, adı çəkilən agentlik lazım gəldikdə sənədləri Sənayedə İşlərin Təhlükəsiz Görülməsi Dövlət Agentliyi və Yanğın Mühafizə Xidməti ilə razılaşdıracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR