Bank Of Baku

Azərbaycan paytaxtının mərkəzində hündür mərtəbəli binaların tikintisinə icazə verilmir

Azərbaycan paytaxtının mərkəzində hündür mərtəbəli binaların tikintisinə icazə verilmir
# 21 oktyabr 2008 14:12 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Son iki ildə Bakı şəhərinin mərkəzində hündür mərtəbəli binaların tikintisinə icazə verilmir. Hazırda paytaxtın mərkəzində aparılan hündür mərtəbəli binaların tikintisi isə ötən illərdə verilmiş icazələr əsasında yerinə yetirilir. «APA-Economics»in məlumatına görə, bunu Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov deyib: «Həmin tikililərin inşası artıq başa çatmaq üzrədir. Hesab edirik ki, gələcəkdə şəhərin mərkəzi nisbətən yüngülləşdirilməlidir».
E.Əsədovun sözlərinə görə, hazırda tikinti şirkətlərinin fəaliyyətində aşkar edilən ən böyük qüsurlar layihə sənədlərinə əməl olunmaması, artıq mərtəbələrin tikilməsi, ayrılmış ərazilərin qırmızı xətlərinin pozulması və s. bağlıdır.
Agentliyin rəis müavini deyib ki, Bakıda şəhərsalma nöqteyi-nəzərindən bəzi problemlər mövcuddur və onların qarşısı alınmalıdır. E.Əsədovun sözlərinə görə, hazırda Dünya Bankının maliyyə dəstəyi ilə Bakı şəhərinin yeni Baş Planının hazırlanması üçün hazırlıq işləri aparılır. Yeni Baş Planda bu məsələlərin də öz əksini tapacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR