Bank Of Baku

Yanvar-sentyabr aylarında Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişin daşınması 7%, metroda isə 14% artıb

Yanvar-sentyabr aylarında Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişin daşınması 7%, metroda isə 14% artıb
# 21 oktyabr 2008 14:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda avtomobil nəqliyyatı ilə fiziki şəxslərin (fərdi sahibkarların fəaliyyəti də nəzərə alınmaqla) 62,4 mln. ton yük, 761 mln. sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin ilk 9 ayının göstəriciləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7,2% və 6,7% artıb.
Sərnişinlərin 96,7%-i avtobus, 3,3%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Avtomobil nəqliyyatı ilə yük dövriyyəsi 8,3%, sərnişin dövriyyəsi isə 8,2% artıb.
Bundan başqa, 2008-ci ilin 9 ayı ərzində metro nəqliyyatı növü ilə 143,6 mln. nəfər və ya ötən ilin analoji dövrü ilə müqayisədə 13,6% çox sərnişin daşınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR