Bank Of Baku

«Azercell» Azərbaycanda tələbələrə təqaüd verəcək

«Azercell» Azərbaycanda tələbələrə təqaüd verəcək
# 21 oktyabr 2008 15:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkəti 15 tələbəyə təqaüd verəcək.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «Azercell»in keçirdiyi xüsusi karyera proqramı çərçivəsində tələbələr üçün təqaüd proqramı üzrə müsabiqə elan edilib. «Gələcək sənsən» şüarı altına reallaşdırılan proqramın məqsədi müvəffəqiyyətlə təhsil alan və yüksək ixtisaslı tələbələrin gələcəkdə peşəkar kimi formalaşmasına dəstək verməkdir.
Müsabiqədə qalib gələn tələbələrə «Azercell» tərəfindən hər ay təqaüd ödəniləcək. Müsabiqədə beş ali təhsil ocağında - Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Qafqaz Universitetinin (kompüter mühəndisliyi, kompüter sistem və şəbəkələri, biznes inzibatçılığı üzrə fakültələr) əyani şöbəsində oxuyan III və IV kurs tələbələri iştirak edə bilərlər.
Təqaüdçü olmaq istəyən tələbələr bu ilin noyabrın 15-də sənədlərini «Azercell»in Bəsti Bağırova küçəsi,2 ünvanında yerləşən Müştəri Xidmətləri ofisinə təqdim etməlidir. Müsabiqə komitəsi daxil olan müraciətləri təhlil etdikdən sonra tələbələr testdən keçəcək və qalib gələn 15 tələbə müəyyənləşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR