Bank Of Baku

Şahbuza dəniz səviyyəsindən 3200 metr yüksəklikdən yeni içməli su xətti çəkilir

Şahbuza dəniz səviyyəsindən 3200 metr yüksəklikdən yeni  içməli su xətti çəkilir
# 22 oktyabr 2008 07:21 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA. Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərinə 3200 metr yüksəklikdən yeni içməli su xətti çəkilir. Rayon Suvarma Sistemləri İdarəsinin əməkdaşı Ağakişi Məhərrəmovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, görülən işlər çərçivəsində indiyədək rayonun “Salvartı” və “Üçqardaş” dağlarının ərazilərindən, dəniz səviyyəsindən 3200 metr yüksəklikdən 7 kilometr məsafədə 230 diametrli borularla xəttin çəkilişi artıq başa çatdırılıb. Növbəti mərhələdə boruların qış aylarında mövcud iqlimə davamlılığını təmin etmək üçün əlavə izolyasiya tədbirləri görüləcək. Xəttin noyabrın əvvəllərində istifadəyə verilməsi nəzərdə tutulur.

A. Məhərrəmov onu da bildirib ki, yeni xəttin çəkilməsi Şahbuz şəhər əhalisinin keyfiyyətli içməli su ilə etibarlı təminatı məqsədilə həyata keçirilir. Yeni su xətti vasitəsilə dağlıq ərazilərdəki “Gurbulaq”, “Ağbulaq” və “Yeddibulaq” bulaqlarının suyundan istifadə ediləcək. Hər üç bulaqdan toplanılan su Dağdağan massivindən rayon mərkəzinə gedən 750 diametrli su xəttinə qoşulmaqla rayon mərkəzinə çatdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR