Bank Of Baku

TRACECA dəhlizinin Azərbaycan hissəsində yük daşınması 3% artıb

TRACECA dəhlizinin Azərbaycan hissəsində yük daşınması 3% artıb
# 22 oktyabr 2008 11:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində 31,9 mln. ton və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8% çox yük, 125,9 mln. nəfər və ya 6,2% çox sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, yük daşınmasında dəmir yolu nəqliyyatı 55,3%, avtomobil nəqliyyatı 30,9%, dəniz nəqliyyatı 13,8% paya malik olub, dəhlizdə bu nəqliyyat növləri ilə daşınan yüklər ölkənin nəqliyyat sektorunda daşınan bütün yüklərin 26,8%-ni təşkil edib.
Dəhlizdəki daşınmalardan 174,9 mln. manat və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,5% çox gəlir əldə edilib və artım dəmir yolu nəqliyyatında 13,7%, dəniz nəqliyyatında 12,5%, avtomobil nəqliyyatında isə 13,8% səviyyəsində müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR