Bank Of Baku

Gələn il Azərbaycanda genişzolaqlı rabitə xidmətlərinin simsiz formasından istifadə ediləcək

Gələn il Azərbaycanda genişzolaqlı rabitə xidmətlərinin simsiz formasından istifadə ediləcək
# 22 oktyabr 2008 12:50 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Gələn il Azərbaycanın bütün bölgələrində genişzolaqlı rabitə xidmətlərindən geniş istifadə ediləcək.
«APA-Economics»in məlumatına görə, Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib ki, hazırda ölkədə 10 minlərlə insan genişzolaqlı rabitə xidmətlərindən istifadə edir: «Ancaq təkcə regionlarda deyil, həm də Bakıda bu xidmətlərdən istifadə edənlərin sayı rabitəçiləri qane etmir. Bu xidmətdən istifadənin genişlənməsi üçün artıq bütün infrastruktur baza yaradılıb».
İ.Məmmədov deyib ki, artıq gələn ildən genişzolaqlı rabitə xidmətlərinin yalnız simli deyil, həm də simsiz formasından istifadə ediləcək: «Artıq WiMax texnologiyası hesabına maşınla yüksək sürətlə hərəkət edəndə belə, genişzolaqlı İnternet xidmətlərindən istifadə etmək mümkün olacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR