Bank Of Baku

Nazir müavini İltimas Məmmədov: «Gələn il ölkədə Elektron Azərbaycanın qurulması ili olacaq»

Nazir müavini İltimas Məmmədov: «Gələn il ölkədə Elektron Azərbaycanın qurulması ili olacaq»
# 22 oktyabr 2008 12:50 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Gələn il Azərbaycan üçün rabitə sahəsinin inkişafına görə ən uğurlu il olacaq. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib: «2009-cu il ölkəmiz üçün rabitə sahəsinin inkişafına görə ən uğurlu, ən böyük dönüş ili olacaq».
Nazir müavininin sözlərinə görə, gələn il Azərbaycanda İKT-nin İnkişafı üzrə yeni Dövlət Proqramının qəbulu gözlənilir.
İ.Məmmədov qeyd edib ki, 2008-ci il də daxil olmaqla, indiyədək aparılan əsas işlər telefonlaşdırma, texniki infrastrukturun yaradılması ilə bağlı olub. Növbəti iki il ərzində isə bu infrastruktur üzərində elektron xidmətlərdən istifadə, elektron hökumətin yaradılması nəzərdə tutulur: «Gələn il ölkədə Elektron Azərbaycan, elektron hökumətin qurulması ili olacaq. Bununla bağlı gələn il bır sıra tədbir həyata keçiriləcək».
İ.Məmmədovun sözlərinə görə, elektron xidmətlərə keçdikcə rabitə sahəsində olan problemlərin sayı azalacaq.
Nazir müavini gələn il «Azərpoçt» Dövlət Müəssisəsinin xidmət sahəsinin genişlənəcəyini də deyib. İ.Məmmədov bildirib ki, bunun hesabına respublikanın ən ucqar kəndlərində də bank-maliyyə xidmətlərindən istifadə etmək mümkün olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR