Bank Of Baku

Azərbaycan paytaxtında NELTİ avtomagistral layihəsinin perspektivləri ilə bağlı toplantı keçirilib

Azərbaycan paytaxtında NELTİ avtomagistral layihəsinin perspektivləri ilə bağlı toplantı keçirilib
# 23 oktyabr 2008 12:13 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Bakıda Beynəlxalq Avtomobil Nəqliyyatı Şurasının (İRU) təklif etdiyi NELTİ mərkəzi marşrutunun inkişafı layihəsinin perspektivlərinə həsr olunmuş dəyirmi masa keçirilib. «APA-Economics»in məlumatına görə, tədbirdə Azərbaycan Nəqliyyat Nazirliyi, Azərbaycan Beynəlxalq Avto Daşıyıcılar Assosiasiyası (ABADA), Dövlət Gömrük Komitəsi, Xəzər Dəniz Gəmiçiliyi, həmçinin Gürcüstan və Özbəkistanın nümayəndə heyətləri, TRACECA baş katibliyinin məsul şəxsləri iştirak ediblər.
Tədbirdə qeyd olunub ki, İRU-nun təklif etdiyi mərkəzi marşrut Çin-Mərkəzi Asiya və Qafqazdan keçməklə qədim İpək Yolu ilə Avropaya çıxır. Bu dəhliz təqdim olunan – Rusiyadan keçməklə Avropaya uzanan Şimal, Türkmənistan və İrandan keçən Cənub dəhlizlərindən daha səmərəli hesab olunur.
İRU-nun MDB üzrə katibi İqor Runov bildirib ki, NELTİ layihəsinin məqsədi yüklərin Çindən avtomobil nəqliyyatı vasitələri ilə Avropaya çatdırılmasını təmin etməkdir. Təqdim olunan Mərkəzi marşrut məsafə baxımından daha yaxındır. Eyni zamanda, bunun bir hissəsi TRACECA dəhlizinin üzərinə düşür ki, burada da iştirakçı dövlətlər indiyədək daşımaçılığı stimullaşdırmaq üçün müəyyən tədbirlər həyata keçirib.
Azərbaycan Nəqliyyat Nazirliyi mərkəzi aparatının rəhbəri Cavid Nəcəfov isə bildirib ki, bu cür tranzit layihələri Azərbaycanın marağındadır. Azərbaycanın bir sıra regional layihələrdə iştirak etdiyini qeyd edən nazirlik rəsmisi hesab edir ki, bu layihə reallaşandan sonra ölkə üzərindən ötürülən yüklərin həcmi daha da artacaq. Hazırda Azərbaycanda avtomobillərlə daşınan yüklərin ümumilikdə yükdaşımanın 60%-ni təşkil etdiyini deyən C.Nəcəfov ölkə hökumətinin gələcəkdə bu sahədə əlavə tədbirlər həyata keçiriləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR