Bank Of Baku

Azərbaycan ekspertləri «Avropa İttifaqı dövlətlərinin qanunvericiliyinin kadastr əməliyyatlarına təsiri» seminarında iştirak ediblər

Azərbaycan ekspertləri «Avropa İttifaqı dövlətlərinin qanunvericiliyinin kadastr əməliyyatlarına təsiri» seminarında iştirak ediblər
# 23 oktyabr 2008 12:26 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan nümayəndə heyəti Dünya Bankının və Almaniyanın GTZ təşkilatının «Avropa İttifaqı dövlətlərinin qanunvericiliyinin kadastr əməliyyatlarına təsiri» mövzusunda Çernoqoriyanın Beciçi şəhərində keçirdiyi beynəlxalq seminarda iştirak edib. Bu barədə «APA-Economics»ə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən (DƏDRX) məlumat verilib.
Seminarda Dünya Bankının dəstəyi ilə Azərbaycanda icra edilən «Daşınmaz əmlakın qeydiyyatı Layihəsi»ni İdarəetmə Qrupunun rəhbəri Şahin Pənahov, həmçinin DƏDRX-in müvafiq strukturlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə davamlı iqtisadi inkişaf üçün dövlətin özəl sektora köməyi və bu işdə ən vacib olan qeydiyyat proseduralarının sadələşdirilməsi məsələləri müzakirə olunub. Həmçinin, daşınmaz əmlak sahəsində fəaliyyət göstərən özəl sektora qeydiyyat orqanlarının münasibəti məsələsinə diqqət yetirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR