Bank Of Baku

«Nar Mobile» abunəçiləri üçün iki yeni xidmət istifadəyə verilib

«Nar Mobile» abunəçiləri üçün iki yeni xidmət istifadəyə verilib
# 23 oktyabr 2008 13:59 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycanın üçüncü mobil rabitə operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) abunəçiləri üçün iki yeni xidmət – FUN2MASS adlı səsli əyləncəli və yeni tanışlıqlar və ünsiyyət sevənlər üçün Səsli Mobil Çat xidmətlərini istifadəyə verib.
«Azerfon» şirkətinin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, FUN2MASS xidmətinin bir dəqiqəsinin qiyməti 0,29 qəpikdir. Bu xidmətdən istifadə etmək üçün 3366 nömrəsinə zəng etmək lazımdır. «Nar Mobile» abunəçiləri FUN2MASS-a qoşulmaqla bir dəfəyə bir neçə mobil əyləncə növlərindən istifadə edə biləcəklər.
Mobil Səsli Çat xidmətinə qoşulmaq istəyənlər isə mobil telefonlarında 3300 nömrəsini yığmalıdırlar. Xidmətin bir dəqiqəsinin qiyməti 0,29 qəpikdir.
Qeyd edək ki, «Azerfon» şirkətinə Azərbaycanda GSM GSM standartlı mobil rabitə xidmətləri göstərməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 2005-ci ilin dekabrın 30-da lisenziya verilib. Şirkət kommersiya fəaliyyətinə 2007-ci ilin martın 21-də başlayıb. Hazırda «Nar Mobile» şəbəkəsindən 650 mindən artıq abunəçi istifadə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR