Bank Of Baku

«Akkord» şirkəti ilin sonunadək Azərbaycanın bölgələrində yeni avtomobil yolları istifadəyə verəcək

«Akkord» şirkəti ilin sonunadək Azərbaycanın bölgələrində yeni avtomobil yolları istifadəyə verəcək
# 24 oktyabr 2008 10:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sonunadək «Akkord İnşaat Sənaye» şirkəti Azərbaycanın bir neçə regionunda tikintisi aparılan avtomobil yollarını istifadəyə verəcək. Bu barədə «APA-Economics»ə şirkətin memarlıq və dizayn departamentindən məlumat verilib.
«Bu ilin may ayında tikintisinə başlanılan Bakı-Rusiya sərhədi avtomobil yolunun 160 km-lik beton örtüklü hissəsi artıq sentyabr ayında istifadəyə verilib. İlin sonunadək yolun tam istismara verilməsi planlaşdırılır. Həmin yolda 21 körpünün tikintisi nəzərdə tutulur ki, bunun 14-ü artıq hazırdır», - deyə departamentdən bildirilib.
Şirkətdən həmçinin qeyd ediblər ki, ilin sonunadək Şamaxıda tikilən 68 km uzunluğunda avtomobil yolu, habelə Qazax-Gürcüstan sərhədi avtomobil yolunun istifadəyə verilməsi nəzərdə tutulur: «Qazax-Gürcüstan sərhədi yolunun uzunluğu 36 km təşkil edir ki, artıq yolun 60%-i hazırdır. Sözügedən yolda 3 iri körpü inşa olunur».
Qeyd edək ki, «Akkord» Şirkətlər Qrupuna daxil olan «Akkord İnşaat Sənaye» şirkəti 2005-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR