Bank Of Baku

Azərbaycan paytaxtında əsas prospektin yenidən qurulması ilin sonunadək tam başa çatacaq

Azərbaycan paytaxtında əsas prospektin yenidən qurulması ilin sonunadək tam başa çatacaq
# 24 oktyabr 2008 11:39 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bakı şəhərində Heydər Əliyev prospektinin yenidən qurulması işləri bütövlükdə 42 mln. manata başa gələcək. APA-nın məlumatına görə, bunu jurnalistlərə verdiyi açıqlamasında «Azəriyolservis» ASC-nin sədri Cavid Qurbanov bildirib: «Bura işıqlandırma və prospektdə yerləşən körpülərin yenidən qurulması da daxildir».
«Azəriyolservis» başçısı Bakı şəhərinin baş küçəsi hesab olunan bu prospektin artıq 2008-ci ilin sonuna kimi tam istifadəyə veriləcəyini vurğulayıb.
C.Qurbanov həmçinin bu ilin sonunadək paytaxtda inşa olunan daha üç avtomobil körpüsünün də istifadəyə veriləcəyini deyib. «Azəriyolservis» sədrinin sözlərinə görə, bunlar, «Xalqlar Dostluğu» metro stansiyası yaxınlığında, «Ramstore» dairəsində və Əzizbəyov dairəsi yaxınlığında yerləşən körpülərdir: «İlin sonuna kimi bu körpülərdə aparılan tikinti işləri başa çatdırılacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR