Bank Of Baku

Bakıda MDB və Baltikyanı ölkələrin dəmir yolu administrasiyalarının müşavirəsi keçirilir - YENİLƏNİB

Bakıda MDB və Baltikyanı ölkələrin dəmir yolu administrasiyalarının müşavirəsi keçirilir - <font color=red>YENİLƏNİB</font>
# 27 oktyabr 2008 08:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda MDB və Baltikyanı ölkələrin dəmir yolu administrasiyalarının müşavirəsi işə başlayıb.
«APA-Economics»in məlumatına görə, tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin (ADDY) rəis müavini İqbal Hüseynov müşavirə iştirakçılarına Azərbaycanın ümumi iqtisadi inkişafından məlumat verib və qeyd edib ki, hazırda ölkədə bir sıra dəmir yolu layihəsi həyata keçirilir.
Tədbirdə çıxış edən Dəmir Yolu Nəqliyyatı Direktorlar Şurası sərnişin və yük işləri departamentinin direktor müavini İqor Derqaçev qeyd edib ki, ilbəil müşavirədə müzakirə olunan mövzuların sayı azalır. Bu da, onu göstərir ki, MDB və Baltikyanı ölkələrinin dəmir yollarında brakların sayı azalır.
ADDY «Daşıma proseslərini idarəetmə» Birliyi rəisinin birinci müavini Teymur Məmmədovun sözlərinə görə isə, ildə iki dəfə keçirilən müşavirədə MDB ölkələri arasında dəmir yolu daşımalarında yaranan problemlər, yük itkiləri və digər məsələlər müzakirə olunur.
«İki ölkə arasında dəmir yolu ilə həyata keçirilən yükdaşımalarda itki baş verilən halda, iki ölkədən biri iddia ilə çıxış edir və itən yükün vəsaiti digər ölkə tərəfindən ödənilir. Tərəflər orta məxrəcə gəlmədikləri halda isə məsələyə arbitrlər şurası baxacaq ki, həmin şura bugünkü müşavirədə yaradılacaq», - deyə T.Məmmədov bildirib.
T.Məmmədov həmçinin qeyd edib ki, bu ilin avqust ayında Gürcüstan ərazisində Azərbaycanın yük qatarı partlayıb və həmin zərər Gürcüstan tərəfindən artıqlaması ilə yük sahibinə ödənilib.
T.Məmmədov onu da qeyd edib ki, MDB-də bu kimi problemlər ən çox Qazaxıstan, Qırğızıstan və Rusiya arasında yaranır. Belə ki, həmin ölkələr arasında məsafə çoxdur və oğruluq halları tez-tez baş verir.
«Azərbaycanın dəmir yolunda isə çoxdandır ki, oğruluq halları baş vermirdi. Lakin bu yaxınlarda Hacıqabulda 3-5 ton sement oğruluğu baş verib ki, həmin şəxslər artıq saxlanılıb», - deyə T.Məmmədov bildirib.
Qeyd edək ki, noyabrın 4-dək davam edəcək tədbirə «Rusiya Dəmir Yolları» ASC-nin, həmçinin Dəmir Yolu Nəqliyyatı Direktorları Şurasının nümayəndələri də qatılıb.
ADDY «Daşıma proseslərini idarəetmə» Birliyi rəisinin birinci müavini T.Məmmədovun sədrliyi ilə keçirilən tədbirdə dəmir yolları arasında yük daşımalarında yaranmış iddialar, itirilən yüklər və digər məsələlər müzakirə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR