Bank Of Baku

Gələn ay Moskvada Şimal-Cənub layihəsi üzrə müzakirələr keçiriləcək

Gələn ay Moskvada Şimal-Cənub layihəsi üzrə müzakirələr keçiriləcək
# 27 oktyabr 2008 09:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Moskvada (Rusiya) Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi üzrə Astara-Gəzvin-Rəşt (İran) dəmir yolunun tikintisinin biznes planı müzakirə olunacaq. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin (ADDY) rəis müavini İqbal Hüseynov bildirib.
İ.Hüseynovun sözlərinə görə, Astara-Gəzvin-Rəşt dəmir yolunun tikintisinin biznes planının hazırlanmasına dair məsələlərin bu ilin noyabr ayında müzakirə olunacağı gözlənilir.
Qeyd edək ki, Astara-Gəzvin-Rəşt dəmir yolunun tikintisinə dair texniki iqtisadi əsaslandırmanı Rusiya tərəfi hazırlayacaq.
Xatırladaq ki, Şimal-Cənub nəqliyyat dəhlizi haqqında razılaşma Rusiya, İran və Hindistan arasında 2000-ci ilin sentyabr ayında imzalanıb. Razılaşma bütün nəqliyyat növlərinə – dəmir yolu, dəniz, çay, avtomobil və hava nəqliyyatına aiddir. Proqnozlara görə, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsi ilə sonrakı mərhələlərdə daşınan yüklərin həcmi ildə 15 mln. tona qədər artacaq.
Azərbaycan bu sazişə 2005-ci ildə qoşulub. Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi çərçivəsində Azərbaycanda 8,5 km yeni dəmir yolu, hər biri 1 050 metr olmaqla 4 stansiya yolu, sərhəddə gömrük, viza və təkər dəyişmə məntəqəsi inşa olunacaq. Bundan başqa, İranla birgə Astara çayı üzərindən 101 metr uzunluğunda körpü inşa ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR