Bank Of Baku

Bakıda Qarşılıqlı Rouminq Ekspertlər Qrupunun iclası keçirilir

Bakıda Qarşılıqlı Rouminq Ekspertlər Qrupunun iclası keçirilir
# 27 oktyabr 2008 10:25 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Bu gün Bakıda «Azercell Telecom» şirkətinin təşəbbüsü ilə GSM Assosiasiyası tərəfindən təşkil olunan Qarşılıqlı Rouminq Ekspertlər Qrupunun (QREQ) 55-ci iclası işə başlayıb.
«Azercell»dən «APA-Economics»ə verilən məlumata görə, konfransda 50-dən çox ölkədən 120-dən artıq ekspert iştirak edir. Tədbirdə SS7 əsasında qurulmuş şəbəkələrdə təhlükəsizliyə qarşı cəhdlərdən və dələduzluq hallarından qorunma, Rouminq üzrə Məlumat Bazasının Elektron Mübadilə imkanları - İR.21, Rouminq və 3GPP şəbəkənin seçim üslublarının idarə edilməsi, NGMN-CSMA statusu barədə əməkdaşlıq sazişi, İP qarşılıqlı iş Alyansının (İPQİA) yeniləşməsi və SS7 şəbəkəsinin planlaşdırılması mövzuları üzrə müzakirələr aparılacaq.
Bu gün alt qrupların iclasları ilə öz işinə başlayan konfransın açılış mərasimi oktyabrın 29-da keçiriləcək. Konfrans oktyabrın 30-da yekunlaşacaq.
Qeyd edək ki, QREQ-in ötən ilki iclası Praqada (Cex) olub. Bu təşkilatın illik iclası regionda ilk dəfə olaraq, Bakıda keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR