Bank Of Baku

Azərbaycan minik avtomobillərinin idxalını 51% artırıb

Azərbaycan minik avtomobillərinin idxalını 51% artırıb
# 27 oktyabr 2008 11:32 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Ölkəyə gətirilmiş avtomobillərin dəyəri 473 169,7 min ABŞ dolları təşkil edib.
Minik avtomobillərinin 34 866 ədədi yük gömrük bəyannamələri, 28 076 ədədi isə gömrük mədaxil orderləri əsasında rəsmiləşdirilib.
Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə gətirilmiş minik avtomobillərinin sayı 51% və ya 13 991 ədəd, onların dəyəri isə 52,4% və ya təxminən 162,8 mln. dollar artıb.
Müqayisə üçün qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycana ümumilikdə 5 230 670 min dollar dəyərində mal idxal olunub. Yəni, ölkəyə gətirilən avtomobillərin dəyərinin ümumi idxalın strukturunda xüsusi çəkisi 9% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR