Bank Of Baku

Azərbaycanda qəzalı vəziyyətdə olan obyektlərin tikintisinə dair müsabiqə keçirilir

Azərbaycanda qəzalı vəziyyətdə olan obyektlərin tikintisinə dair müsabiqə keçirilir
# 28 oktyabr 2008 08:03 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi qəzalı vəziyyətdə olan obyektlərin tikintisinə dair müsabiqə keçirir. Bu barədə «APA-Economics»ə Tender Komissiyasından məlumat verilib.
Müsabiqə iki lot üzrə keçirilir. Birinci lot üzrə Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, 613-cü məhəllədə çoxmərtəbəli yaşayış binasının tikintisi, ikinci lotda isə Goranboy rayon mərkəzində 2 mərtəbəli, 16 mənzilli yaşayış evinin tikintisi nəzərdə tutulur.
Müsabiqədə iştirak etmək istəyənlər noyabrın 1-dək Bakı şəhəri, Füzuli küç.,69 ünvanı üzrə müraciət edə bilərlər. Əlaqə tel: (+994 12) 512 20 42.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR