Bank Of Baku

Azərbaycan aviaşirkətləri qış uçuş qrafikinə keçib

Azərbaycan aviaşirkətləri qış uçuş qrafikinə keçib
# 29 oktyabr 2008 09:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bütün aviaşirkətlər qış uçuş qrafikinə keçib. Bu barədə «APA-Economics»ə «Imair» aviaşirkətindən məlumat verilib.
Şirkətdən bildirilib ki, bütün dünyada aviaşirkətlər hər il bir vaxtda yay və qış uçuş cədvəlinə keçir: «Qış qrafikinə əsasən, «Imair»da cüzi dəyişiklər baş verib. Belə ki, Bakı-Bodrum sərnişin aviareysi yay mövsümünədək dayandırılıb, Bakı-Daşkənd və Bakı-Surqut aviareysləri isə həftədə 2 dəfədən 1 dəfəyədək azaldılıb. Uçuşlar təxminən gələn ilin aprel ayından etibarən canlanacaq».
«Azərbaycan Hava Yolları» (AZAL) aviaşirkətindən «APA-Economics»ə verilən məlumata görə isə, şirkətin qış cədvəlində o qədər də əhəmiyyətli dəyişikliklər baş verməyib: «Dəyişikliklər əsasən beynəlxalq marşrutlar üzrə müşahidə olunur ki, burada da uçuşların vaxtları dəyişdirilib».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR