Bank Of Baku

Yaxın bir necə ildə Azərbaycanda «Baktelekom» və «Aztelekom» özəlləşdirilə bilər

Yaxın bir necə ildə Azərbaycanda «Baktelekom» və «Aztelekom» özəlləşdirilə bilər
# 29 oktyabr 2008 09:35 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycanda 100% dövlətə məxsus olan «Baktelekom» və «Aztelekom» İstehsalat Birliklərinin (İB) özəlləşdirilməsi üçün aparılan inventarlaşma işləri tam başa çatdırılıb. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.
Nazir müavini qeyd edib ki, yaxın bir necə il ərzində bu müəssisələrin özəlləşdirilməsi məsələsi öz həllini tapacaq. Hazırda bununla bağlı Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən işlərin aparıldığını deyən nazir müavininin sözlərinə görə, bu müəssisələrin özəlləşdirilməsində ölkədəki mobil rabitə operatorları da iştirak edə bilər.
İ.Məmmədov həmçinin qeyd edib ki, artıq «Azeurotel» Birgə Müəssisəsində dövlət payının özəlləşdirilməsi prosesi də başa çatmaq üzrədir.
Nazir müavini deyib ki, Azərbaycanda rabitə müəssisələri 2003-cü ildən özəlləşdirməyə açıq elan edilib. Artıq «Bakcell» və «Azercell» şirkətləri dövlətsizləşdirilib, bu il isə sabit telefon şəbəkəsi quran operatorlardan olan «Ultel» və «Catel»in də dövlət payları özəlləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR