Bank Of Baku

Azərbaycandakı mobil telefon abunəçiləri gələn ildən «Daşınan nömrə»dən istifadə edəcəklər

Azərbaycandakı mobil telefon abunəçiləri gələn ildən «Daşınan nömrə»dən istifadə edəcəklər
# 29 oktyabr 2008 10:03 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycanın rabitə xidmətləri sahəsində ilk dəfə olaraq, «Daşınan nömrə» sistemi tətbiq ediləcək.
«APA-Economics»in məlumatına görə, Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib ki, «Daşınan nömrə»nin əsas məqsədi mobil telefon istifadəçisinin operatordan asılılığını aradan qaldırmaqdır: «Əgər hər hansı istifadəçinin operatordan xoşu gəlmirsə və ya digər operatorun xidmətindən istifadə etmək istəyirsə, ərizə yazmaqla, öz mobil nömrəsini dəyişmədən başqa operatora keçəcək». İ.Məmmədov deyib ki, Azərbaycanda bunun tətbiqi üçün artıq bir çox şirkətlərdən təkliflər alınıb. Hazırda bu təkliflərin qiymətləndirilməsi həyata keçirilir. «Daşınan nömrə»nin tətbiqi ilə bağlı qərarın yaxın günlərdə veriləcəyi gözlənilir.
Nazir müavinin sözlərinə görə, «Daşınan nömrə» onun tətbiqi barədə qərar veriləndən sonrakı 3 ay ərzində reallaşa bilər. Həmin müddətdə isə yeni sistemin tətbiqi üçün müvafiq avadanlıqlar quraşdırılmalı, istifadə qaydaları hazırlanmalıdır: «Artıq bunun üçün hazırlıq işləri görülür, yalnız müəyyən detalları yerli qanunvericiliyə uyğunlaşdırmaq məsələsi qalır. Əgər qərar verilərsə, bu məsələ üç ay ərzində həllini tapacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR