Bank Of Baku

Azərbaycanın mobil rabitə sektorunda 3G xidmətləri ilin sonuna kimi tətbiq ediləcək

Azərbaycanın mobil rabitə sektorunda 3G xidmətləri ilin sonuna kimi tətbiq ediləcək
# 29 oktyabr 2008 10:49 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycanın mobil rabitə xidmətləri sektorunda 3G xidmətlərinin tətbiqinə 2008-ci ilin sonuna kimi başlanacaq. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.
Nazir müavininin sözlərinə görə, yaxın vaxtlarda 3G və digər yüksək səviyyəli rabitə xidmətləri üçün lisenziyanın verilməsi barədə qərar qəbul olunacaq. Artıq bununla bağlı təkliflər hazırlanaraq hökumətə təqdim edilib.
Azərbaycanda rabitə xidmətləri üçün lisenziya sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin davam etdirildiyini deyən nazir müavini bildirib ki, hazırda ölkədə 4 mobil rabitə operatoru fəaliyyət göstərir və bunun 3-ü CSM, 1-i CDMA operatorudur.
İ.Məmmədov yeni mobil operator kimi fəaliyyət göstərmək istəyi ilə bağlı RİTN-ə müraciətin daxil olmadığını da söyləyib.
Qeyd edək ki, 3G (üçüncü nəsil şəbəkələri) standartı Beynəlxalq Elektrorabitə İttifaqı tərəfindən hazırlanıb və İMT-2000 (International Mobile Telecommunications 2000) adını daşıyır. 3G şəbəkəsi 2 GHz tezliyində işləyir və məlumatları 2 Mbit/saniyə sürətilə göndərir. 3G şəbəkəsi videotelefon əlaqələri təşkil etməyə, mobil telefonda filmlərə, teleproqramlara və s. baxmağa imkan yaradır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR