Bank Of Baku

Azərbaycanda telefon danışıqlarında limit gələn ildən tətbiq oluna bilər

Azərbaycanda telefon danışıqlarında limit gələn ildən tətbiq oluna bilər
# 29 oktyabr 2008 11:00 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan paytaxtının stasionar telefon şəbəkəsində şəhərdaxili danışıqlara limitin tətbiqi yalnız Bakıdakı bütün ATS-lər elektronlaşdırıldıqdan sonra mümkün ola bilər.
«APA-Economics»in məlumatına görə, Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib ki, hazırda Bakının bütün ATS-ləri elektronlaşdırılmadığından, ATS-lərin təqribən 10-12%-i analoq tipli olduğundan danışıqlarda limit tətbiq etmək mümkün deyil.
Nazir müavininin sözlərinə görə, gələn ilin mart ayınadək Bakıdakı bütün ATS-lər elektrtonlaşdırılacaq və yalnız bundan sonra şəhərdaxili danışıqlarda limitin tətbiqi məsələsi gündəmə gələ bilər.
Qeyd edək ki, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi şəhərdaxili danışıqlarda limitin tətbiqi təklifi ilə Tarif Şurası müraciət edib. Lakin Tarif Şurası 2007-ci ilin mayın 14-də keçirdiyi iclasda bu təklifi qəbul etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR