Bank Of Baku

Noyabrın 7-də Bakıda «EMC və Cisco həlləri: informasiya texnologiyalarının yeni imkanlarına səmərəli yanaşma» adlı konfrans keçiriləcək

Noyabrın 7-də Bakıda «EMC və Cisco həlləri: informasiya texnologiyalarının yeni imkanlarına səmərəli yanaşma» adlı konfrans keçiriləcək
# 29 oktyabr 2008 11:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin noyabr ayının 7-də Bakıda «EMC və Cisco həlləri: informasiya texnologiyalarının yeni imkanlarına səmərəli yanaşma» adlı konfrans keçiriləcək.
İKT İnformasiya Mərkəzindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə EMC şirkətinin aparıcı konsultantları iştirakçılara «Clarion» və «Bura» həlləri bazasında məlumatların saxlanılması, bərpası, arxivləşdirilməsi və qorunması üçün nəzərdə tutulan məhsul və həlləri təqdim edəcək. Konfransda EMC və CMA həllərinin yardımı ilə şirkətlərdə korporativ məlumatların idarə olunması texnologiyaları və biznesin müxtəlif seqmentlərində həyata keçirilmiş layihələr haqqında müzakirələr aparılacaq. Bundan başqa, tədbirdə «Vmware» şirkəti dinamik servis-istiqamətli İT-infrastrukturun inkişafı üçün həllərini təqdim edəcək.
Konfransda EMC-yə qısa nəzər və Verilənlərin Saxlanılması Sistemləri (VSS) və Verilənlərin Emalı Mərkəzlərinin (VEM) inkişaf təmayülləri, müxtəlif istehsalçıların proqramlarında EMC həllərinin tətbiqi, kontentin idarə olunması üçün nəzərdə tutulmuş həllərə diqqət yetiriləcək, müasir VEM-lərin qurulması üçün «Cisco Systems» şirkətinin rolu, «Cisco» və EMC-nin birgə həllərinə baxış keçiriləcək və İT-infrastrukturun optimallaşdırılması və virtuallaşdırılması kimi məsələlər müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR