Bank Of Baku

Bakı-Moskva aviareysini yerinə yetirən «Boeing-757» təyyarəsində texniki nasazlıq yaranıb

Bakı-Moskva aviareysini yerinə yetirən «Boeing-757» təyyarəsində texniki nasazlıq yaranıb
# 31 oktyabr 2008 08:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünən «Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) Bakı-Moskva sərnişin aviareysini (J2 0854) yerinə yetirən laynerdə texniki nasazlığın baş verməsi nəticəsində uçuş 2,5 saat ləngiyib. Bu barədə «APA-Economics»ə AZAL-dan məlumat verilib.
«Saat 20:00-da havaya qalxmalı olan «Boeing-757» avialaynerində nasazlıq baş verib və təyyarə havaya qalxmayıb. Sərnişinlər arasında çaxnaşma düşüb və nəticədə sərnişinlər təyyarədən boşaldılıb. Lakin bir qədər sonra, texniki nasazlıq aradan qaldırıldıqdan sonra həmin reys yerli vaxtla saat 22:30-da problemsiz yerinə yetirilib», - deyə QSC-dən bildirilib.
AZAL-dan həmçinin qeyd ediblər ki, təyyarədə heç bir ciddi problem olmayıb və bu cür hadisələr dünyanın bütün limanlarında baş verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR