Bank Of Baku

«Hyundai» avtomobil şirkəti gələn il yeni «Elantra» modelinin istehsalına başlayacaq

«Hyundai» avtomobil şirkəti gələn il yeni «Elantra» modelinin istehsalına başlayacaq
# 31 oktyabr 2008 09:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn il ərzində Cənubi Koreyanın «Hyundai» avtomobil şirkəti «Elantra» modelinin yeni sedan versiyasının istehsalına başlayacaq.
«APA-Economics»in məlumatına görə, «Hyundai» şirkətinin vitse-prezidenti Con Krafçik qeyd edib ki, «Elantra»nın ən sadə komplektasiyasına 6 təhlükəsizlik yastığı, aktiv başaltılar, peyk radiosu, ABS əyləc sistemi, EBD və ESP mövcud olacaq.
Yeni «Hyundai Elantra» modelində bu sinfə aid olan avtomobillər arasında ən iri yük yeri olacaq. «Elantra» modeli «Mazda 3», «Toyota Matrix» və «Dodge Caliber» kimi avtomobillərlə rəqabət aparacaq.
Bundan başqa, 2009-cu ildə «Hyundai» şirkəti seriyalı hibrid avtomobillərinin də istehsalını planlaşdırır ki, bu modellər ekoloji baxımdan təhlükəsiz olan avtomobillər arasında rəqabətə davamlılığını artıracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR