Bank Of Baku

Sankt-Peterburqda Rusiya, Azərbaycan və İran dəmiryolçularının görüşü keçiriləcək

Sankt-Peterburqda Rusiya, Azərbaycan və İran dəmiryolçularının görüşü keçiriləcək
# 31 oktyabr 2008 09:26 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Noyabrın 17-dən 19-dək Sankt-Peterburqda (Rusiya) Rusiya, Azərbaycan və İran dəmiryolçularının görüşünün keçirilməsi planlaşdırılır. Bu barədə «APA-Economics»ə Azərbaycan Dövlət Dəmir Yolunun (ADDY) mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov məlumat verib.
N.Əzməmmədovun sözlərinə görə, görüşdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinin tikintisinin texniki iqtisadi əsaslandırılması layihəsinin son variantı müzakirə olunacaq.
Tədbirdə Azərbaycanı ADDY rəisinin müavini İqbal Hüseynov təmsil edəcək.
Qeyd edək ki, Şimal-Cənub nəqliyyat dəhlizi haqqında razılaşma Rusiya, İran və Hindistan arasında 2000-ci ilin sentyabr ayında imzalanıb. Razılaşma bütün nəqliyyat növlərinə – dəmir yolu, dəniz, çay, avtomobil və hava nəqliyyatına aiddir. Proqnozlara görə, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsi ilə sonrakı mərhələlərdə daşınan yüklərin həcmi ildə 15 mln. tona qədər artacaq.
Azərbaycan bu sazişə 2005-ci ildə qoşulub. Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi çərçivəsində Azərbaycanda 8,5 km yeni dəmir yolu, hər biri 1 050 metr olmaqla 4 stansiya yolu, sərhəddə gömrük, viza və təkər dəyişmə məntəqəsi inşa olunacaq. Bundan başqa, İranla birgə Astara çayı üzərindən 101 metr uzunluğunda körpü inşa ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR