Bank Of Baku

Yaxın günlərdə Azərbaycanda yeni avtomobil körpüsü istifadəyə veriləcək

Yaxın günlərdə Azərbaycanda yeni avtomobil körpüsü istifadəyə veriləcək
# 31 oktyabr 2008 12:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Yaxın günlərdə Azərbaycanın Quba rayonunda Vəlvələçay üzərindən inşa olunan yeni avtomobil körpüsü istifadəyə veriləcək. Bu barədə «APA-Economics»ə «Azəryolservis» ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev məlumat verib.
P.Mürsəliyevin sözlərinə görə, körpü Quba-Qonaqkənd yolunun 22-ci kilometrinə yaxın – Səbətlər kəndinə gedən yolun üzərində yerləşir.
Azərbaycanın «Körpü Konstruksiya» şirkəti tərəfindən inşa olunmuş körpünün uzunluğu 152 poqonmetr, eni 10 metrdir. Körpü 8 aşırım və 9 dayaqdan ibarətdir.
Qeyd edək ki, Azərbaycanın ümumi istifadədə olan avtomobil yollarının 22 134 kilometrinə Nəqliyyat Nazirliyi tərəfindən xidmət göstərilir. Bu yolların 1 684 kilometri beynəlxalq magistrallar, 2 669 kilometri respublika əhəmiyyətli, 13 min kilometri yerli əhəmiyyətli, 1,5 min kilometri Bakı şəhərinin ərazisində, 3,3 min kilometri rayon və digər şəhərlərin ərazilərində olan yollar, prospektlər və küçələrdir. Körpülərin ümumi sayı 1 201-dir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR