Bank Of Baku

Gələn ay Bakıda yeni yerüstü piyada keçidi istifadəyə veriləcək

Gələn ay Bakıda yeni yerüstü piyada keçidi istifadəyə veriləcək
# 31 oktyabr 2008 12:56 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu ilin noyabr ayı ərzində Bakı şəhərinin Moskva prospektində inşa olunan yerüstü piyada keçidi (Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qarşısı) istifadəyə veriləcək. Bu barədə «APA-Economics»ə «Azəryolservis» ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev məlumat verib.
P.Mürsəliyevin sözlərinə görə, hazırda piyada keçidində son tamamlama və abadlıq işləri görülür. Keçidin inşaat materialları Türkiyə, eskalatoru isə Çin istehsalıdır.
Keçidin uzunluğu 36 metr, eni 4 metr, yerdən hündürlüyü isə 5,3 metrdir. Keçidin tikintisini Azərbaycanın «İNTEM Bakı İnşaat» şirkəti həyata keçirir. İnşaat işlərinə bu ilin yayında başlanılıb.
Qeyd edək ki, indiyədək Bakı şəhərində 5 yeraltı, 2 yerüstü piyada keçidi, 7 körpü və 1 tunel tikilərək istifadəyə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR