Bank Of Baku

Azərbaycan Memarlıq və İnşaat Universitetində İKT üzrə Təhsil Mərkəzi açılıb

Azərbaycan Memarlıq və İnşaat Universitetində İKT üzrə Təhsil Mərkəzi açılıb
# 03 noyabr 2008 10:08 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Memarlıq və İnşaat Universiteti Türkiyənin NETCAD şirkəti ilə təhsil sahəsində əməkdaşlığa başlayıb.
«APA-Economics»in məlumatına görə, bu gün bu əməkdaşlıq nəticəsində universitetdə NETCAD şirkəti tərəfindən Netcadkampüs Təhsil Mərkəzi və kompüter otağı açılıb. Türkiyə şirkətinin prezidenti Sərdar Akın bildirib ki, türkiyəli mütəxəssisləri bu mərkəzdə coğrafi bilgi sistemləri, mühəndislik və digər proqram təminatları üzrə tələbələr üçün ixtisasartırma kursları təşkil edəcək. Bir həftə davam etməsi nəzərdə tutulan kurs iştirakçılarına sertifikat təqdim olunacaq.
S.Akın bildirib ki, mərkəzi Ankarada yerləşən Netcadkampüs Təhsil Mərkəzi Türkiyənin 10 vilayətində müxtəlif sahələr üzrə mütəxəssislər yetişdirmək məqsədilə təlimlər keçir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR