Bank Of Baku

«Palmali» şirkətinin sifariş verdiyi yeni tanker Rusiyada suya buraxılıb

«Palmali» şirkətinin sifariş verdiyi yeni tanker Rusiyada suya buraxılıb
# 03 noyabr 2008 10:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Nijni Novqorodun (Rusiya) «Krasnoye Sormovo» gəmiqayırma zavodunda «Palmali» Şirkətlər Qrupunun sifarişi ilə inşa olunan RST22 layihəli növbəti tanker suya buraxılıb.
«Palmali»dən «APA-Economics»ə verilən məlumata görə, gəmiyə «Araz River» adı verilib. Gəmi layihəsi Odessa şəhərinin Gəmi Mühəndisliyi Bürosu tərəfindən hazırlanıb və bütün beynəlxalq ekoloji standartlara cavab verir. «Yeni Armada» seiryasından olan tankerə verilən «Eko» layihə nişanı gəmidə layihələşdirmə mərhələsində ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq üçün əlavə təkmilləşdirmələr tətbiq olunduğunu göstərir.
Bu seriyadan olan tankerlərin dedveyti dənizdə 4,60 metr suya oturmada 7 008 ton, çayda 3,60 metr suya oturmada 4 611 tondur. Gəminin uzunluğu 139,95 metr, eni 16,6 metr, göyərtəsinin hündürlüyü 6 metr, suya oturma dərəcəsi çayda və dənizdə müvafiq olaraq 3,6 metr və 4,6 metrdir.
Qeyd edək ki, yüksək dərəcədə avtomatlaşdırılmış tanker Qara, Azov, Baltik və Aralıq dənizlərində daşımalar həyata keçirəcək.
Xatırladaq ki, bundan başqa «Krasnoye Sormovo» gəmiqayırma zavodu 2009-cu ilin ilk yarısında «Palmali» şirkətinin istifadəsinə 5 «Yeni Armada» tipli tanker verəcək. Tankerlərin maksimal uzunluğu 139,95 metr, eni 16,6 metr, dedveydi isə 6 900 ton təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR