Bank Of Baku

«Palmali» şirkəti 183 mln. dollarlıq kredit cəlb edib

«Palmali» şirkəti 183 mln. dollarlıq kredit cəlb edib
# 03 noyabr 2008 10:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Almaniyanın «HSH Nordbank» və «DVB Bank» maliyyə qurumları «Palmali» Şirkətlər Qrupuna 183 mln. ABŞ dolları məbləğində kredit ayırıb.
«Palmali»dən «APA-Economics»ə verilən məlumata görə, bu kredit iri tonnajlı 3 neft tankerinin alınmasına yönəldiləcək. Kredit vasitəsilə 165 min ton dedveytə malik olan bir ədəd «Suezmaks» tipli və 105 min ton dedveytli iki ədəd «Aframaks» tipli tanker alınacaq. Kredit məbləğinin gələcəkdə 2 mlrd. dollara çatdırılması planlaşdırılır.
«Artıq bir neçə aydır ki, maliyyə böhranı səbəbindən banklar dənizçilik sektoruna kredit ayırmağa tərəddüd edir. Lakin buna baxmayaraq, şirkətimizin fəaliyyəti və həyata keçirdiyi layihələr nəzərə alınaraq, «Palmali»yə bu miqdarda kredit verilib», - deyə «Palmali» Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR