Bank Of Baku

Azərbaycanda «Uşaqların İnternetdə Təhlükəsizliyi» layihəsi həyata keçirilir

Azərbaycanda «Uşaqların İnternetdə Təhlükəsizliyi» layihəsi həyata keçirilir
# 03 noyabr 2008 10:25 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. «Microsoft Azerbaijan» şirkəti Azərbaycanın Təhsil Nazirliyi və Azərbaycan İnternet Forumu ilə birlikdə «Uşaqların İnternetdə Təhlükəsizliyi» adlı pilot layihə həyata keçirir.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, bu layihə «Microsoft» şirkətinin bütün dünyada həyata keçirdiyi «Child Safety Online» qlobal proqramının tərkib hissəsidir.
Layihənin əsas məqsədi uşaqların mümkün zərərli informasiya təsirindən qorunması üçün ictimaiyyətin diqqətini onların İnternetdən təhlükəsiz istifadəsi probleminə yönəltməkdir.
Layihənin reallaşdırılması zamanı xüsusi tədris materialları hazırlanır. Həmin materiallarda müəllimlər, valideynlər və uşaqlar İnternetdən təhlükəsiz istifadə üzrə tövsiyə və qaydaları tapa bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR