Bank Of Baku

Ukrayna parlamenti Qara dəniz ətrafı dairəvi avtomobil yolunun tikintisində iştiraka dair memorandumu ratifikasiya edib

Ukrayna parlamenti Qara dəniz ətrafı dairəvi avtomobil yolunun tikintisində iştiraka dair memorandumu ratifikasiya edib
# 03 noyabr 2008 10:31 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Ukrayna Ali Radası Qara dəniz ətrafı dairəvi avtomobil yolunun tikintisində iştiraka dair memorandumu ratifikasiya edib.
«APA-Economics»in Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, dairəvi avtomobil yolunun layihəsi Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı tərəfindən irəli sürülüb və bu təşkilata üzv dövlətlər tərəfindən müsbət qarşılanıb. Yolun uzunluğu 7 min km-dir.
Dairəvi avtomobil yolu İstanbul (Türkiyə) – Samsun (Türkiyə) – Trabzon (Türkiyə) – Batumi (Gürcüstan) – Poti (Gürcüstan) – İrəvan (Ermənistan) – Bakı (Azərbaycan) – Novorossiysk (Rusiya) – Rostov-Don (Rusiya) – Taqanroq (Rusiya) – Mariupol (Ukrayna) – Melitopol (Ukrayna) – Odessa (Ukrayna) – Kişinyov (Moldova) – Buxarest (Rumınya) – Konstantsa (Rumınya) – Xaskovo (Bolqarıstan) – Sofiya (Bolqarıstan) – Niş (Serbiya) – Belqrad (Serbiya) – Tirana (Albaniya) – Ədirnə (Türkiyə) – Komotini (Yunanıstan) – Aleksandropolis (Yunanstan) – İstambul (Trkiyə) marşrutunu əhatə edəcək.
Yolun tikintisi 10 il ərzində reallaşacaq. Ukrayna öz ərazisində 213 km sahədə tikinti işlərinə 25 mlrd. qriven vəsait ayıracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR