Bank Of Baku

Dünya Bankının «Daşınmaz əmlakın qeydiyyatı Layihəsi» üzrə nəzarət missiyası gələn həftə Azərbaycana gələcək

Dünya Bankının «Daşınmaz əmlakın qeydiyyatı Layihəsi» üzrə nəzarət missiyası gələn həftə Azərbaycana gələcək
# 04 noyabr 2008 09:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin noyabr ayının 10-da Azərbaycanda «Daşınmaz əmlakın qeydiyyatı Layihəsi»nin icrasına nəzarəti həyata keçirmək məqsədilə Dünya Bankının (DB) missiyası Bakıya səfər edəcək. Bu layihə Azərbaycan hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD - Dünya Bankı Qrupunun üzvü) arasında imzalanmış kredit sazişi əsasında həyata keçirilir. Bu barədə «APA-Economics»ə DB-nın Bakı ofisindən məlumat verilib.
«Noyabrın 17-dək davam edəcək səfər çərçivəsində DB-nın missiyası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində görüşlər keçiriləcək, layihənin qedişi ilə tanış olacaq», - deyə DB-nın Bakı ofisindən bildirilib.
Ofisdən həmçinin qeyd olunub ki, missiyaya DB-nın qrup rəhbəri Geyvin Adlinqton başçılıq edəcək. Layihəyə hazırlıq çərçivəsində görülən işlərin, həmçinin layihənin icrası istiqamətində həyata keçirilən tədbirlərin ümumi qiymətləndirilməsi aparılacaq.
Qeyd edək ki, ötən ilin noyabr ayında Bakıda səfərdə olan missiya üzvləri 2007-ci ilin sonuna qədər əldə edilmiş nəticələr haqqında müsbət rəylə çıxış edərək layihənin icrası prosesinin sürətləndirilməsi, səmərəliliyin artırılmasına dair bir sıra tövsiyələr irəli sürüblər.
Xatırladaq ki, icrasına bir il öncə başlanmış «Daşınmaz əmlakın qeydiyyatı Layihəsi» təxminən 4-5 ili əhatə edir. Layihənin icrası məqsədi ilə IBRD Azərbaycan hökumətinə 20 il müddətinə 25 mln. ABŞ dolları həcmində kredit ayırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR