Bank Of Baku

Prezident Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması ilə bağlı sərəncam imzalayıb

Prezident Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması ilə bağlı sərəncam imzalayıb
# 04 noyabr 2008 16:25 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev respublikada kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması ilə bağlı sərəncam imzalayıb. APA-nın xəbərinə görə, sərəncamda göstərilib ki, yüksək texnologiyaların tətbiqinə və ölkədə kosmik sənayenin yaradılmasına təkan verilməsi məqsədi ilə Nazirlər Kabinetinə ölkənin kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının layihəsini üç ay müddətində hazırlayıb prezidentə təqdim etmək tapşırılıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi isə telekommunikasiya peyklərinin orbitə çıxarılması ilə bağlı müvafiq tədbirlər həyata keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR