Bank Of Baku

«Azercell» şirkəti yeni regional Express-ofisini açıb

«Azercell» şirkəti yeni regional Express-ofisini açıb
# 05 noyabr 2008 07:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkəti Salyan rayonunda yeni «Azercell Express» ofisini açıb.
«Azercell»in Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, şirkətin vitse-prezidenti Ali Ağan bildirib ki, bundan sonra Salyanda «Azercell» abunəçiləri yalnız telefon və nömrə almaqla kifayətlənməyəcək: «Onlar həm də müştəri xidmətlərindən yararlanacaq, ödəmə həyata keçirə biləcəklər».
A.Ağan əlavə edib ki, şirkət bundan sonra da regionlarda yeni Express-ofislərin açılması işini davam etdirəcək. Belə ofisə gələn abonent eyni anda üç xidmətdən yararlana bilər. Yəni, burada telefon danışığına görə ödəmə həyata keçirmək, müştəri xidmətlərindən istifadə etmək və yeni telefon və ya nömrə almaq mümkündür.
Hazırda ölkə üzrə 13 analoji ofis fəaliyyət göstərir və bunların əksəriyyəti bölgələrdə yerləşir.
Qeyd edək ki, hazırda 3,5 mln. abonenti olan şirkət Azərbaycanda fəaliyyət göstərdiyi 12 il ərzində ümumilikdə 1 mlrd. ABŞ dollarına yaxın sərmayə yatırıb. Bu ilin yanvar-iyun aylarında «Azercell»in yatırdığı sərmayənin həcmi isə 40 mln. dollar təşkil edib. Həmin müddətdə dövlətə 50 mln. dollar, ümumilikdə 12 il ərzində isə 500 mln. dollara yaxın vergi ödənilib. Şirkətin hesablamalarına görə, «Azercell» Azərbaycanın mobil rabitə xidmətləri bazarında 65% paya malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR