Bank Of Baku

Azərbaycanda regionda analoqu olmayan sınaq poliqonu tikilir

Azərbaycanda regionda analoqu olmayan sınaq poliqonu tikilir
# 05 noyabr 2008 10:27 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Türkiyənin «Koza İnşaat & Savunma Sanayi Ticaret» şirkəti Azərbaycan Müdafiə Sənayesi Nazirliyi üçün sınaq poliqonu inşa edir. «APA-Economics»in məlumatına görə, bu barədə şirkətin İdarə Heyətinin sədri Tahsin Özgümüş məlumat verib.
T.Özgümüşün sözlərinə görə, bu ilin sonuna qədər sınaq poliqonu nazirliyə təhvil veriləcək: «Poliqonda silah və texnikaların sınaqdan keçirilməsi üçün ən müasir sistemlər, texnologiyalar tətbiq olunacaq. Bu poliqonun regionda analoqu olmayacaq».
Qeyd edək ki, Müdafiə Sənayesi Nazirliyi Azərbaycan prezidentinin 16 dekabr 2005-ci il tarixli sərəncamı ilə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin bazasında yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR