Bank Of Baku

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində kollegiya iclası keçirilib - YENİLƏNİB

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində kollegiya iclası keçirilib - <font color=red>YENİLƏNİB</font>
# 05 noyabr 2008 12:03 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Bu gün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2008-ci ilin yanvar-sentyabr aylarının yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, iclasda çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bu ilin 9 ayı ərzində Azərbaycanın İKT sahəsi üzrə qeydə alınan əsas göstəricilərin qənaətbəxş olduğunu deyib.
Tədbirdə RİTN-in maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri Rəşad Nəbiyev «2008-ci ilin 9 ayının yekunları haqqında» məruzəsi dinlənilib. R.Nəbiyev bildirib ki, hesabat dövründə İKT sahəsindən əldə edilən gəlir ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,7% artaraq 701,7 mln. manata çatıb. İKT sektorunda artım tempi 30,1%, o cümlədən telekommunikasiya sektorunda 21,9%, poçt sektorunda 9,2% təşkil edib. Əldə edilən gəlirlərin 71,3%-i mobil operatorların payına düşüb. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,8% çoxdur. Ötən 9 ay ərzində RİTN-in birlik və müəssisələrində çalışanların orta aylıq əmək haqqı orta hesabla 11,2% artaraq 225,8 manata çatdırılıb, 172 yeni iş yeri açılıb.
Hesabat dövründə RİTN-in strukturuna daxil olan birlik və müəssisələr üzrə 159,1 mln. manat gəlir əldə edilib ki, bu da 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 23,6 mln. manat və ya 17,4% çoxdur.
İclasda kollegiya üzvləri tərəfindən bir sıra məsələyə, o cümlədən teleradio yayım problemlərinə baxılıb, poçt şöbələri tərəfindən bank-maliyyə xidmətlərinin göstərilməsini nəzərdə tutan «Maliyyə xidmətlərinin inkişafı Layihəsi»nin gedişinə dair hesabat dinlənilib, hüquqi və digər məsələlər müzakirə olunub.
Bundan əlavə, iclas zamanı ölkədə bu yaxınlarda keçirilən prezident seçkiləri prosesinin texniki vasitələrlə təmin olunmasında rabitə və informasiya texnologiyaları sahəsinin işçilərinin rolu qeyd olunub. Seçki məntəqələrinin veb-kameralarla təchiz olunması xüsusi vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR