Bank Of Baku

Bu il Azərbaycan dəmir yolunun şimal və qərb istiqamətindəki stansiyalarında bilet satışı avtomatlaşdırılacaq

Bu il Azərbaycan dəmir yolunun şimal və qərb istiqamətindəki stansiyalarında bilet satışı avtomatlaşdırılacaq
# 05 noyabr 2008 12:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin sonuna qədər Azərbaycan Dövlət Dəmir Yolunun (ADDY) Dəvəçi, Xaçmaz, Yalama və Gəncədən Böyük Kəsik stansiyasınadək bütün stansiyalarında bilet satışı sisteminin kompüterləşdirilməsi nəzərdə tutulur. Bu barədə «APA-Economics»ə ADDY-nin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov məlumat verib.
N.Əzməmmədovun sözlərinə görə, ADDY-da bilet satışı sisteminin kompüterləşdirilməsinə 1997-ci ildə Bakı Sərnişin Vağzalından başlanılıb və 2010-cu ilədək başa çatdırılması planlaşdırılır. Hazırda bu sistem Sumqayıt, Biləcəri, Gəncə, Lökbatan və Mərdəkanda tətbiq olunur.
Qeyd edək ki, hazırda ADDY-da sərnişin qatarlarına gedəcəyin son məntəqəyə və geriyə, istənilən stansiyadan digər qatarlara və tranzit qatarlara gediş biletinin satılması prosesi üzərində iş aparır. Gələn ilin əvvəlində start götürəcək bu proses bir neçə mərhələdə aparılacaq. Belə ki, I mərhələdə Böyük Kəsik-Gəncə-Böyük Kəsik, II mərhələdə Bakı-Yalama-Bakı, III mərhələdə Bərdə-Yevlax-Hacıqabul-Balakən, IV mərhələdə isə Bakı-Horadiz-Astara-Bakı aralığında proqram təminatı reallaşdırılacaq.
Bundan sonra, bilet satışı həyata keçirilən bütün stansiyalar bu sistem vasitəsi ilə ADDY-nin lokal şəbəkəsinə qoşulandan sonra mənzil başına və geriyə bilet satışı həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR