Bank Of Baku

Azərbaycan əl yüklərinin yoxlanılması üçün nəzərdə tutulan X-ray təftiş avadanlığına maraq göstərir

Azərbaycan əl yüklərinin yoxlanılması üçün nəzərdə tutulan X-ray təftiş avadanlığına maraq göstərir
# 06 noyabr 2008 06:56 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycana müxtəlif əl yüklərini dəqiqliklə yoxlamaq imkanına malik Almaniya istehsalı olan X-ray təftiş avadanlığı gətirilib. Bu barədə «APA-Economics»ə «Askon Group» şirkətindən məlumat verilib.
Şirkətdən bildirilib ki, bu avadanlıq Almaniyanın «Smits Heimann» şirkəti tərəfindən istehsal olunur. Bu təftiş avadanlığı digər yoxlama aparatlarından yayınmış bütün əşyaları göstərir.
Artıq bu avadanlığa Azərbaycanın bir sıra dövlət strukturu, o cümlədən Dövlət Sərhəd Xidməti, nəqliyyat qurumları maraq göstərməyə başlayıb.
«Askon» şirkəti ölkəyə həmçinin təhlükəsizlik sektorunda istifadə olunan müasir detektorlar da gətirib. Şirkət rəsmilərinin sözlərinə görə, bu detektorlar da «Smits Heimann» şirkətinin istehsalıdır və dünyada geniş istifadə olunur.
«Askon Group» şirkəti əsasən təhlükəsizlik texnikalarının Azərbaycana gətirilməsi və tətbiqi üzrə ixtisaslaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR