Bank Of Baku

Azərbaycanda milli domen adlarının qeydiyyatı və istifadəsi qaydalarının layihəsi geniş müzakirəyə çıxarılıb

Azərbaycanda milli domen adlarının qeydiyyatı və istifadəsi qaydalarının layihəsi geniş müzakirəyə çıxarılıb
# 06 noyabr 2008 10:42 (UTC +04:00)
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, bu qaydalar «Telekommunikasiya haqqında» qanuna və domen adların qeydiyyatı üzrə beynəlxalq normalara uyğun hazırlanıb. Layihəyə əsasən, İnternet şəbəkəsinin milli seqmentində domenlərin qeydiyyatı üçün forma qeydiyyatçının saytından və ya *.az zonasında domenlər üçün sorğu mənbəyi olan www.whois.az saytından əldə edilə bilər. Domen adlarının verilməsi ilə bağlı müraciət zamanı ticarət markasına uyğun ad seçmiş sifarişçi və öz fəaliyyət istiqamətinə uyğun ad sifariş edən dövlət orqanına üstünlüyün verilməsi nəzərdə tutulur.
Qeydiyyat formasına 3 iş günü müddətində, onların daxilolma ardıcıllığı ilə baxılacaq. Eyni ad üzrə müraciətə baxıldıqda onların daxilolma vaxtı nəzərə alınacaq. Domen adının birdəfəlik qeydiyyat müddəti maksimum 10 il müəyyən edilib. Dövlət orqanları və yerli bələdiyyələr üçün domen adının qeydiyyat müddətinə isə məhdudiyyət qoyulmur. Milli İnternet şəbəkəsində domenlərin qeydiyyatı və texniki xidməti üzrə ümumi tariflər RİTN-in rəyi əsasında milli inzibatçı tərəfindən təsdiq edilir.
Layihədə göstərilir ki, «Ümumi istifadə» domenləri kimi (generic) com.az, org.az, mil.az, edu.az, biz.az, gov.az, info.az, pp.az, name.az, net.az və int.az domenləri müəyyən edilib. Ehtiyac yarandıqda, digər domenlərin «ümumi istifadə» üçün təyin edilməsinə dair qərar RİTN-in rəyi əsasında milli inzibatçı tərəfindən qəbul edilməlidir.
Domen adının seçilməsi zamanı sifarişçi Azərbaycana aid olan coğrafi adlardan, tanınmış əmtəə nişanlarından, rəsmi və ictimai şəxslərin, təşkilatların adından istifadə etməməlidir. Yeni qaydalara görə, eyni sifarişçidə 10-dan artıq domen adı olduqda, ona domen adının verilməsindən imtina edilə bilər.
Domen adının qeydiyyatı və idarə edilməsi ilə əlaqədar yaranan mübahisələrə Azərbaycanın müvafiq qanunvericiliyinə uyğun baxılmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR