Bank Of Baku

Azərbaycanda dövlət qurumlarının elektron xidmətlərinin monitorinqi keçirilib

Azərbaycanda dövlət qurumlarının elektron xidmətlərinin monitorinqi keçirilib
# 06 noyabr 2008 11:52 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycanın Multimedia Mərkəzi həyata keçirdiyi «İnformasiya azadlığının inkişafı üçün çevik və effektiv mexanizmlərin yaradılması Layihəsi» çərçivəsində dövlət qurumlarının təqdim etdiyi elektron xidmətlərin (müraciətlər, ərizələr, sorğular, qəbula yazılmaq, elektron formalar, elektron bəyannamələr, qaynar xətt və s.) monitorinqini aparıb.
Multimedia Mərkəzindən «APA-Economics»ə verilən məlumata görə, monitorinqdə 50 dövlət qurumunun rəsmi İnternet resursları (Prezidentin, Milli Məclisin, Nazirlər Kabinetinin, nazirliklərin, dövlət komitələrinin, icra hakimiyyətlərinin, məhkəmələrin və s.) analiz olunub. Monitorinq nəticəsində müəyyənləşib ki, az sayda olsa da, ayrı-ayrı dövlət qurumları tərəfindən klassik formada təklif olunan adi xidmətlərin tədricən elektron formaya keçirilməsinə başlanıb. Əksər dövlət qurumlarının saytında yalnız müraciət, əlaqə və sual-cavab, müxtəlif formaların əldə olunması üçün elektron formadan istifadə olunur. Monitorinqdə iştirak edən 16 dövlət qurumu tərəfindən heç bir xidmət elektron formada təqdim olunmur. Yalnız 5 dövlət qurumunun saytında «Qaynar xətt» xidməti haqqında məlumat qoyulub.
Mərkəzdən bildirilib ki, ölkədə hələ də «Elektron hökumət» quruculuğu üzrə konkret proqram qəbul edilmədiyindən, infrastruktur problemləri həll olunmadığından, hökumət tərəfindən zəruri elektron xidmətlərin Baza siyahısı təsdiqlənmədiyindən, həmçinin lazımi maarifçilik işləri aparılmadığından vətəndaşların böyük əksəriyyəti bu imkanlardan yararlana bilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR