Bank Of Baku

Azərbaycana sərhəddə avtomobillərin dayanmadan yoxlanılmasında istifadə olunan yeni avadanlıq gətiriləcək

Azərbaycana sərhəddə avtomobillərin dayanmadan yoxlanılmasında istifadə olunan yeni avadanlıq gətiriləcək
# 07 noyabr 2008 06:31 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın «Askon Group» şirkəti ölkəyə sərhəd və gömrük məntəqələrində avtomobillərin dayanmadan yoxlanılmasında istifadə olunan yeni sistemlər gətirəcək. Bu barədə «APA-Economics»ə şirkətdən məlumat verilib.
Almaniyanın «Smits Heimann» şirkətinin istehsalı olan bu avadanlıqlar sərhəddən keçən bütün tip avtomobil texnikalarını dayanmadan, daha dəqiq yoxlamaq imkanına malikdir. Artıq yeni avadanlıqların gətirilib quraşdırılması ilə bağlı şirkət Dövlət Gömrük Komitəsi ilə müzakirələr aparır.
Qeyd edək ki, hazırda Dövlət Gömrük Komitəsi gömrük keçid məntəqələrində avtomobillərin dayanmadan yoxlanılması məqsədi ilə avadanlıqlar quraşdırır. Hazırda bir neçə yerdə ABŞ şirkətlərinin istehsalı olan bu tip sistemlər yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR