Bank Of Baku

Azərbaycanda hər 100 nəfərdən 62-si mobil rabitə abunəçisidir

Azərbaycanda hər 100 nəfərdən 62-si mobil rabitə abunəçisidir
# 07 noyabr 2008 07:41 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycanda əsas telefon aparatlarının ümumi sayı 2008-ci ilin yanvar-sentyabr ayları ərzində 44 711 ədəd (RİTN üzrə 36 763 ədəd) artaraq 1 298 011-ə (RİTN üzrə 1 158 814 ədəd) çatıb.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, respublikanın telefon şəbəkəsində elektron ATS-lərin xüsusi çəkisi bu ilin yanvarın 1-nə 79,5% olduğu halda, oktyabrın 1-nə bu göstərici 81,4%-ə yüksəlib. Telefon şəbəkəsinin elektronlaşdırma səviyyəsi Bakı şəhərində 85,3%, respublikanın digər bölgələrində isə 77,3% olub. Kənd ATS-lərinin elektronlaşma səviyyəsi 2007-ci illə müqayisədə 5,1 faiz bəndi artaraq 76,6%-ə yüksəlib.
Respublika üzrə əhalinin hər 100 nəfərinə düşən telefon aparatlarının sayı 2008-ci ilin yanvarın 1-də 14,5 olduğu halda, oktyabrın 1-də 15,3 olub. Bakıda isə hər 100 nəfərə düşən telefon aparatlarının sayı 34,5-ə, respublikanın digər ərazilərində isə 9,9-a, kənd yerlərində 6,4-ə çatdırılıb.
Mobil abunəçilərin sayı ilin əvvəlinə nisbətən təxminən 882 965 min nəfər artaraq 5 401 965 nəfər olub ki, bu da hər 100 nəfərdən 62,2-nin mobil abunəçi olması deməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR