Bank Of Baku

ABŞ-ın EMC şirkəti Azərbaycanın İT bazarına maraq göstərir

ABŞ-ın EMC şirkəti Azərbaycanın İT bazarına maraq göstərir
# 07 noyabr 2008 11:33 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Bu gün Bakıda «EMC və Cisco həlləri: informasiya texnologiyalarının yeni imkanlarına səmərəli yanaşma» adlı konfrans keçirilib.
«APA-Economics»in məlumatına görə, tədbirdə EMC şirkətinin aparıcı konsultantları iştirakçılara «Clarion» və «Bura» həlləri bazasında məlumatların saxlanılması, bərpası, arxivləşdirilməsi və qorunması üçün nəzərdə tutulan məhsul və həlləri təqdim ediblər.
EMC şirkətinin MDB-də biznesin inkişafı üzrə meneceri Nikolay Kuzmin məhsullarının təqdimatı ilə çıxış edib. N.Kuzmin bildirib ki, ABŞ şirkəti olan EMC korporativ poçt arxivinin təşkili, fayl arxivi sistemi, məlumatlar arxivi, məlumatların idarə edilməsi və s. üzrə həllərin təqdimatını keçirib.
Şirkətin meneceri EMC-in dünyada təhlükəsiz informasiya infrastrukturunun qurulması və onun idarə edilməsi üçün proqram təminatı, sistemlərin qorunması sahəsində lider olduğunu da söyləyib. N.Kuzminin sözlərinə görə, bu şirkətin artıq Rusiya, Ukrayna və Qazaxıstanda nümayəndəliyi fəaliyyət göstərir. Azərbaycanda informasiya texnologiyaları sahəsinin çox yaxşı inkişaf etməsi qənaətində olan menecer ölkəmizin bazarına maraq göstərdiklərini də deyib. N.Kuzmin hesab edir ki, EMC şirkəti Azərbaycanda biznesini çox sürətlə inkişaf etdirə bilər.
Qeyd edək ki, konfransda EMC-yə qısa nəzər və Verilənlərin Saxlanılması Sistemləri (VSS) və Verilənlərin Emalı Mərkəzlərinin (VEM) inkişaf təmayülləri, müxtəlif istehsalçıların proqramlarında EMC həllərinin tətbiqi, kontentin idarə olunması üçün nəzərdə tutulmuş həllər, müasir VEM-lərin qurulması üçün «Cisco Systems» şirkətinin rolu, «Cisco» və EMC-nin birgə həllərinə baxış keçirilib və İT-infrastrukturun optimallaşdırılması və virtuallaşdırılması kimi məsələlər müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR