Bank Of Baku

Azərbaycanda dövlət əmlakının icarəsinə görə borcu olan icarəçiyə qarşı 470-ə yaxın məhkəmə iddiası qaldırılıb

Azərbaycanda dövlət əmlakının icarəsinə görə borcu olan icarəçiyə qarşı 470-ə yaxın məhkəmə iddiası qaldırılıb
# 10 noyabr 2008 08:25 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda daşınmaz dövlət əmlakının istifadəsi ilə bağlı 2008-ci ilin yanvar-oktyabr ayları ərzində 900-ə yaxın yeni icarə müqaviləsi bağlanıb, 1 100-ə yaxın müqavilənin müddəti isə uzadılıb. Bu barədə «APA-Economics»ə Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) tərəfindən məlumat verilib.
Bununla yanaşı, hesabat dövründə 240 müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin istifadəsinə dair icarə müqaviləsi imzalanıb.
Yanvar-oktyabr aylarında dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 4 mln. manat vəsait köçürülüb ki, bu da müvafiq 10 aylıq proqnozdan 40% çoxdur.
Dövlət büdcəsinə yaranmış icarə haqqı borclarının təcili ödənilməsinin zəruriliyi barədə cari il ərzində 700-ə yaxın icarəçiyə xəbərdarlıq məktubu göndərilib. Borclarını ödəməyən icarəçilərə qarşı 470-ə yaxın məhkəmə iddiası qaldırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR