Bank Of Baku

Bakıda akademik Lütfi Zadənin iştirakı ilə seminar keçirilib

Bakıda akademik Lütfi Zadənin iştirakı ilə seminar keçirilib
# 10 noyabr 2008 09:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında dünya şöhrətli, əslən azərbaycanlı olan akademik Lütfi Zadənin Bakıya səfəri çərçivəsində seminar keçirilib.
«APA-Economics»in məlumatına görə, seminarda çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, akademik Lütfi Zadə 1921-ci ildə Bakıda anadan olub. Sonradan təhsilini Tehranda, 1944-cü ildən isə ABŞ-da davam etdirən azərbaycanlı alim 1959-cu ildən Kaliforniyada yaşayıb və orada elmi yaradıcılıqla məşğul olub.
Akademik Lütfi Zadə isə sonuncu dəfə Bakıda 1965-ci ildə olduğunu və Azərbaycanın ötən dövrdə inkişafından məmnun qaldığını vurğulayıb. Akademik həmçinin qeyd edib ki, Azərbaycan artıq dünyada tanınır və bir sıra nailiyyətlərə imza atıb.
Daha sonra Lütfi Zadəyə Azərbaycan Milli Elmlər Akademiyasının xarici üzvü diplomu təqdim olunub.
Qeyd edək ki, tanınmış akademik sabah Bakıda işə başlayan «BakuTel-2008» beynəlxalq sərgi-konfransında iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR