Bank Of Baku

Azərbaycanda İKT sektorunun inkişafına dair təkliflər hazırlanacaq

Azərbaycanda İKT sektorunun inkişafına dair təkliflər hazırlanacaq
# 10 noyabr 2008 09:27 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Bakıda Xəzər İşgüzar İnteqrasiya Klubu (CIBC) nəzdində Xəzər İT və Kommunikasiya Klubunun qapalı iclası keçirilib.
Xəzər İşgüzar İnteqrasiya Klubundan «APA-Economics»ə verilən məlumata görə, iclasda CIBC-nin üzvləri, Azərbaycanın aparıcı İT şirkətlərinin nümayəndələri, o cümlədən İT sənayesi sahəsində dünya liderlərinin nümayəndəliklərinin rəhbərləri iştirak ediblər. Toplantıda Azərbaycanda İKT sahəsinin dövlət başçısının dəstəyi ilə inkişaf etdiyi bildirilib. İclasda İT sektorunda fəaliyyət göstərən Azərbaycanın iş adamları dövlətlə aktiv əməkdaşlıq etmələri barədə çıxışlar ediblər.
İclasın sonunda Xəzər İT və Kommunikasiya Klubu tərəfindən Azərbaycanda İKT sektorunun inkişafını sürətləndirmək üçün hökumətə və parlamentə təkliflərin hazırlanması üçün müzakirələrin bu formatda davam etdirilməsi barədə qərar qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR