Bank Of Baku

«Ness Technologies» Azərbaycanda törəmə şirkətini açır

«Ness Technologies» Azərbaycanda törəmə şirkətini açır
# 10 noyabr 2008 13:48 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. İnformasiya texnologiyaları sahəsində fəaliyyət göstərən «Ness Technologies» beynəlxalq şirkəti yeni «Ness Azerbaijan» şirkətini yaradır.
«Ness Technologies»dən «APA-Economics»ə verilən məlumata görə, sabah açılış mərasimi keçiriləcək yeni şirkətin baş qərargahı Bakıda olacaq. Yeni törəmə qurumu biznes resurslarının planlaşdırılması layihəsi də daxil olmaqla, müxtəlif cür həll və xidmətlər, telefon şəbəkəsi sənayesi, coğrafi informasiya sistemi, əlaqə mərkəzləri, təcili yardım sistemləri, informasiya boşluğunun idarə edilməsi, elektron hökumət, maliyyə və digər sektorlar üçün həll yolları təqdim edəcək.
Qeyd edək ki, «Ness Technologies» şirkətinin 18 ölkədə nümayəndəliyi, 8300-dən çox işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR